Mart 14, 2021 12:51 Asia/Baku
  • Qantsın İranın ticarət gəmisi barədə ikibaşlı cavabı

Sionist rejimin müharibə naziri terror hücumuna məruz qalmış İranın ticarət gəmisi barədəki suala ikibaşlı cavab verib.

SəhərAzəri xəbər verir, sionist rejimin müharibə naziri Beni Qants bu rejimin İranın ticarət gəmisinin korpusunda partlayışın baş verməsindəki rolu barədə ikibaşlı cavabda deyib ki, sionist rejim bütün cəbhələrdə önləyici addımlar atmağa borcludur.

Beni Qants şənbə günü gecə sionist rejim ordusunun sabiq kəşfiyyat rəisi Amus Yadlinlə söhbətdə bu rejimin İranın ticarət gəmisində partlayışın baş verməsində rolunun olması barədəki suala cavab verməkdən boyun qaçırıb. Deyib ki, sionist rejimin nə iş gördüyü və nə iş görmədiyini demək olmaz.

İran İslam Respublikasının gəmiçilik şirkətinə aid olan «İran Şəhrekord» konteyner gəmisi martın onunda özünün İrandan Avropaya olan hərəkəti yolunda Aralıq dənizinin beynəlxalq sularında partlayıcı bir əşyanın dəyməsi nəticəsində yanğına düçar olub.

Bu ticarət gəmisinə hücumun təsirlərini araşdıran texniki qrupun üzvlərindən biri bu barədə belə deyib: Coğrafi mövqeyə və gəminin hədəfəalınma tərzinə görə, çox böyük ehtimallardan biri budur ki, bu terror əməliyyatı sionist rejim tərəfindən həyata keçirilib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə də şənbə günü deyib: Əldə olunan məlumatlar dənizlərin hüququ və beynəlxalq hüquqla aşkar şəkildə təzad təşkil edən İranın konteyner gəmisinə qarşı təxribatçılıq hücumunu təsdiq edir.

Teqlər