"ABŞ-ın İraq qüvvələrinə hücumu beynəlxalq hüququn pozulmasının bir nümunəsidir"
Təxti Rəvançi: "ABŞ-ın İraq qüvvələrinə hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasının açıq bir nümunəsidir"
SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bu təşkilatın baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına bir məktub ünvanlayaraq, ABŞ-ın İraqdakı bazalarına edilən son hücumlarda İranın hər hansı bir iştirakını rədd edərək, ABŞ-ın İraq qüvvələrinə hava hücumlarını beynəlxalq hüquqa zidd dəyərləndirib.
Məcid Təxti Rəvançi bu məktubda ABŞ-ın Suriya-İraq sərhədində İraq qüvvələrinə hücumunu kəskin şəkildə qınayıb və bu hücumların regionda gərginliyi artırdığını və terror qruplarından başqa heç kimə fayda vermiyəcəyini söyləyib.
Təxti Rəvançi, həmçinin ABŞ nümayəndiliyinin, bu ölkənin İraqdakı bazalarına edilən hücumların İran tərəfindən dəstəklənən qüvvələrə mənsub etməsi iddiasına toxunaraq, deyib: "ABŞ İranı, İraqdakı qeyri-hökumət yaraqlıları" dəstəkləməkdə günahlandırmağa çalışır, lakin bu ittiham keçmişdə olduğu kimi qətiyyətlə rədd edilir".