Mart 18, 2021 20:08 Asia/Baku
  • İnqilab Rəhbəri tərəfindən olan heyətlər müharibə əlilləri ilə görüşüblər

Həzrət Əbulfəzl(ə)-ın mövludunun ildönümü və müharibə əlili günündə İslam İnqilabının Böyük Rəhbəri tərəfindən olan heyətlər müharibə əlillərinin evlərində olaraq, onların rəşadətlərini yüksək qiymətləndiriblər.

SəhərAzəri xəbər verir ki, bu heyətlər müharibə əlillərinin həyat şəraitləri ilə tanış olaraq, müqəddəs müdafiənin bu yadigarlarının mübarizələrinə görə təşəkkür ediblər.

Vəliyye Fəqihin vilayət mərkəzlərindəki nümayəndələri və ölkə üzrə imamcümələr də İnqilab Rəhbəri tərəfindən müharibə əlillərindən bir qrupunun mənzilində olaraq, bu fədakar döyüşçülərin zəhmətlərini yüksək dəyərləndiriblər.

Bu gün, 1442-ci günəş ili şəban ayının dördü, Həzrət Əbulfəzl Əl-Əbbas(ə)-ın mövludunun ildönümü günüdür.

Həzrət Əbulfəzl Əl-Əbbas(ə)-ın mövludunun ildönümü günü İran İslam Respublikası təqvimində müharibə əlili günü adlandırılıb.

Teqlər