Nüvə anlaşmasından çıxma ABŞ-ın müzakirədəki acizliyini sübut edir
Rusiya xarici işlər naziri vurğulayıb ki, Vaşinqtonun nüvə anlaşmasından birtərəfli şəkildə çıxması bu ölkənin başqa ölkələrlə razlığa çatmadakı acizliyini sübut etməklə bərabər, beynəlxalq qanunların pozuması deməkdir.
SəhərAzəri xəbər verir, Sergey Lavrov deyib: Amerika İranla nüvə anlaşmasından çıxdı, indi isə onu bərpa etməyə çalışır. O zaman onlar nəinki öz öhdəliklərini dayandırdılar, həm də bütün digər ölkələrə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyi qadağan etdilər. Bu, beynəlxalq qanunların açıq şəkildə pozulması deməkdir və bu ölkənin müzakirədəki tam acizliyini sərgiləyir.
Rusiya xarici işlər naziri həmçinin birtərəfli sanksiyalarla mübarizə üçün geniş bir koalisiyanın yaradılması vacibliyini vurğulayıb və belə söyləyib: Birtərəfli sanksiyalar kimi, qanunsuz vasitə əleyhinə olacaq hər hansı layihə, dəstəyə layiqdir və bu qanunsuz hərəkətlə mübarizə aparmaq üçün geniş bir koalisiya təşkil etməliyik.
Birləşmiş Ştatların birtərəfli surətdə nüvə anlaşmsından çıxmasını tənqid edən Sergey Lavrov ümid etdyini bildirib ki, Vaşinqton özünün nüvə anlaşmasına qayıdış üzrə niyyətinə sadiq qalacaq.
Vaşinqton 2018-ci ildə, Donald Trampın prezidentliyi dövründə birtərəfli qaydada nüvə anlaşmasından çıxdı, amma onun yerinə gələn Co Bayden Birləşmiş Ştatları bu anlaşmaya geri qaytarmağa maraq ifadə edib. Bununla belə, indiyədək Bayden hökuməti tərəfindən nüvə anlaşmasına qayıdış üzrə heç br real addım atılmayıbdır.
İran İslam Respublikası dəfələrlə vurğulayıbdır ki, Amerikanın anti-İran sanksiyalarını ləğv edəcəyi halda, Tehran da dərhal öz nüvə anlaşması öhdəliklərinə geri dönəcəkdir.