İran İordaniyada sülh və sabitliyə tərfdar çıxıb
https://azeri.sahartv.ir/news/İran-i375296-İran_İordaniyada_sülh_və_sabitliyə_tərfdar_çıxıb
İran İslam Respublikasının xarici işlər nazirliyinin sözçüsü İordaniyadakı son hadisələrə toxunaraq bu ölkədə sülh və sabitliyin əhəmiyyətini vurğuladı.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 04, 2021 09:43 Asia/Baku
  • İran İordaniyada sülh və sabitliyə tərfdar çıxıb

İran İslam Respublikasının xarici işlər nazirliyinin sözçüsü İordaniyadakı son hadisələrə toxunaraq bu ölkədə sülh və sabitliyin əhəmiyyətini vurğuladı.

İRİB-ə istinadla SəhərAzərinin verdiyi  məlumatına görə Səid Xətibzadə Qərbi Asiyada istənilən gərginlik və səbatsızlığın sionist rejimin xeryinə olduğunu bildirməklə dedi:Hər zaman müsəlman ölkələrdə baş qaldıran fitnələrdə sionist rejimin ayaq izi müşahidə olunur.

İran İslam Respublikasının xarici işlər nazirliyinin sözçüsü İran ilə İordaniyanın arasında yaxşı münasibətlərin olduğuna diqqət çəkərək dedi:İran İslam Respublkiası istənilən daxili sabitsizlik və xarici müdaxiləyə qarşıdır və ölkələrin bütün daxili işlərinin qanun çərçivəsində izlənilməli olmasına inanır.