Apr 10, 2021 16:17 Asia/Baku
  • Amerika və AEBA İrana borcludurlar

İran prezidenti bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana borcludur.

SəhərAzəri xəbər verir ki, Həsən Ruhani bu gün milli nüvə texnologiyası günündə nüvə nailiyyətlərinin istifadəyə verilməsi mərasimində söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Avropa və sənaye ölkələri İrana borcludurlar və İrana və İran xalqına olan borclarını ödəməlidirlər.

İran İslam Respublikasının prezidenti bildirib ki, İranın nüvə texnologiyasının hədəfləri elə əvvəldən aydın idi.

O, deyib: Bu texnologiyadan ölkənin müxtəlif sektorlarında, o sıradan sənaye, kənd təsərrüfatı, səhiyyə və xüsusən energetika sahələrində istifadə olunacaq.

Ruhani vurğulayıb: Bizim bütün nüvə fəaliyyətlərimiz dinc məqsədlidir və bizim bütün fəaliyyətlərimiz qeyri-hərbi məqsədlər üçündür.

İran prezidenti söyləyib: İslam İnqilabının Böyük Rəhbərinin bir neçə dəfə vurğuladıqları kimi, əxlaq və fiqh baxımından ümumiyyətlə böyük bir cəmiyyət üçün böyük bir təhlükə ola biləcək dağıdıcı silahın izlənilməsi düzgün deyil və İran əsla belə bir şeyin ardınca deyildir.

O, deyib: Biz amerikalıların ikinci dünya müharibəsində Yaponiyada etdikləri təhlükəli və yanlış hərəkətin təsirlərini unutmamışıq.

Teqlər