İran dünyada radio-dərman ixracatçılarındandır
İranın Atom Enerjisi Təşkilatının sədri İrandan Hindistan, Livan, Suriya, İraq və bəzi digər ölkələrə radio-dərman ixracatından xəbər verib.
SəhərAzəri xəbər verir ki, Əli Əkbər Salehi dünən axşamçağı İranın birinci telekanalının «Birinci baxış» verilişində şənbə günü təqdim olunaraq, istifadəyə verilən İranın nüvə sahəsindəki son nailiyyətlərini şərh edib.
Salehi bu haqda belə deyib: İstifadəyə verilən 133 nailiyyətin başlıca hissəsi nüvə yanacağı dövriyyəsinə qayıdacaq ki, onun əsas hissəsi də zənginləşdirməyə aiddir.
O, qan fonduna lazım olan və təqdim edilən xas sentrifuqalara toxunaraq, belə söyləyib: Bu sentrifuqalar çox baha qiymətə Almaniyadan satın alınmalı idi ki, biz çox yüksək keyfiyyətlə onları istehsal edə bildik.
Koronavirus vaksini üçün lazım olan təchizatlardan birinin sentrifuqa olduğunu dilə gətirən Salehi bildirib ki, İranın Atom Enerjisi Təşkilatı öz şirkətlərindən biri vasitəsilə koronavirus vaksini istehsal edən daxili şirkətlərdən biri üçün sentrifuqa istehsal edib.
«On beş növə yaxın sentrifuqamız var» deyən Əli Əkbər Salehi söyləyib: Bu gün IR-6 üzrə mükəmməl halqanı işə saldıq, halbuki yeddi-səkkiz il bundan sonra işə salınmalı idik. Tezliklə Fordo-da daha iki IR-6 şəlaləsi istifadəyə verilməlidir.
Salehi sonra deyib: Bizim sentrifuqa montajı salonumuzu düşmən partlatdı, lakin geri düşmədik və salonu yaratdıq. Dağın qəlbində.
Salehi daha sonra söyiləyib: İran zənginləşdirmə sahəsində bu texnologiyanın astanasına çatıb. Bizim əks-mühəndisliyə ehtiyacımız yoxdur; özümüz layihələşdirəcəyik.