Apr 13, 2021 15:07 Asia/Baku
  • İran-Rusiya əlaqələri tarixin keçidində

Sergey Lavrovun Tehrana səfərində İran və Rusiya rəsmilərinin məşvərətlərindən əlavə, Tehran-Moskva əməkdaşlıq prinsipləri və qarşılıqlı münasibətlər müahidəsi günün səviyyəsinə qaldırılacaq.

SəhərAzəri xəbər verir ki, İran və Rusiya qədim və tarixi münasibətlərə malikdirlər. İki ölkə arasındakı rəsmi və diplomatik münasibətlər beş əsrdən çox, daha dəqiq desək, 507 illik keçmişə malikdir.

Bu münasibətlər tarix boyu bir çox eniş və yoxuşları təcrübə etmiş olsa da analitiklərin etiraflarına görə, heç vaxt hazırkı münasibətlər kimi səmimi olmayıbdır.

Hazırda mürəkkəb regional və beynəlxalq şəraitdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edibdir ki, iki ölkənin uzunmüddətli iştirakının gücləndirilməsi və ikitərəfli münasibətlərin strateji səviyyəyə yüksəldilməsi istiqamətində daha bir iri addım atılmış olsun.

Geopolitik məsələlər sahəsində yeddi kitab müəllifi, Rusiya şərqşünaslıq institutunun baş analitiki Boris Dalqov bu səfərin önəmi barədə belə deyir:

Lavrovun İrana səfəri regional və beynəlxalq miqyaslarda mühüm bir hadisədir. İran və Rusiya qədim müttəfiqdirlər və hər iki ölkə Amerikanın sanksiyaları altındadır. Bu üzdən, onlar beynəlxalq arenada, xüsusən Amerika imperializmi ilə mübarizə sahəsində ortaq maraqlara malikdirlər.

Həmçinin, Beynəlxalq iqtisadiyyat sahəsində 20 addan çox kitab müəllifi və nəzəriyyəçi olan Mixail Delyagin bu haqda deyib: "Sergey Lavrov İrana səfərdə ən mühüm ikitərəfli və beynəlxalq iş gündəmlərini araşdırmaqdan əlavə, İrana qarşı sanksiyalarla mübarizə sahəsində İranın zəngin təcrübələri ilə yaxından tanış olacaq".

İran ilə Rusiya arasındakı əlaqələrə bütövlükdə nəzər saldıqda başa düşmək olar ki, Tehran-Moskva münasibətləri bütün sahələrdə yüksəlişə gedən bir yolu təcrübə edir və iki ölkə, qarşılıqlı əlaqələr səviyyəsini strateji əlaqələr səviyyəsinə yüksəltməyə səy göstərir.

Teqlər