Apr 14, 2021 18:22 Asia/Baku
  • İran, Avropadakı İranlıların hüquqlarının pozulmasına etiraz etdi

İran İnsan Haqqları Komitəsi, Avropada yaşayan İranlı vətəndaşların hüquqlarının pozulmasını sərt şəkildə tənqid etdi.

SəhərAzəri xəbər verir ki,İran İnsan Haqqları Komitəsi, Avropadakı İranlı məhbusların pis vəziyyətini araşdırmaq məqsədi ilə xüsusi məruzəçi təyin etdi.

İran İnsan Haqqları Komitəsi baş katibi Əli Baqiri Kəni bu məzmunda AB Şurasının baş katibinə bir məktub yazıb, Avropadakı İranlı vətəndaşlarının hüquqlarının tapdalanması  barədə nümunələrə işarə edərək, bu ölkələrin insan haqqları mövzularındakı məsuliyyətsizliyini şiddətli şəkildə tənqid etdi.

İranlı səlahiyyətli ayrıca Avropalı ölkələrdən bu ölkələrdəki məhbus İranlıların vəziyyətini araşdırmaq üçün təyin edilən xüsusi məruzəçi ilə əməkdaşlıq etmələrini istədi.

 

Teqlər