Apr 15, 2021 12:20 Asia/Baku
  • Ruhani: Türkiyə ilə əlaqələrə xüsusi əhəmiyyət veririk

İran İslam Respublikas prezidenti Həsən Ruhani, İran-Türkiyə İqtisadi Komissiyasının gələcək ay müvəffəqiyyətli şəkildə təşkil edilməsini ümid edərək, Tehran-Ankara regional əlaqələrinin inkişafını istədi.

SəhərAzəri xəbər verir ki,Ruhani, Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan ilə etdiyi telefon söhbətində Türkiyə xalqı və dövlətinin Ramazan ayını təbrik  edərək, iki ölkə əlaqələrinin dostluq və səmimiyyət üzərinə qurulduğunu və iki ölkə əlaqələrinin inkişafının bölgədə daha yaxşı bir rol ifa edilməsinə köməkçi olacağını söylədi.

Dost və qonşu Müsəlman Türkiyə ilə əlaqələrin İran üçün əhəmiyyətli olduğunu qeyd edən Ruhani, iki ölkənin siyasi, iqtisadi və ticari əlaqələrinin inkişafına vurğu etdi.

 

Ruhani, iki ölkə əlaqələrinin inkişafı üçün mövcud bütün potensialların istifadə edilməsinə vurğu etdi.

Ruhani, iki ölkənin Korona ilə mübarizədə əməkdaşlıq və təcrübə paylaşmasını  istədi və Tehran-Ankaranın əməkdaşlığın bölgədəki problemlərin və böhranların həllində təsirli olacağını söylədi.

Ruhani, Sionist rejimin son zamanlardakı terror hərəkətlərinə və nüvə terror hərəkətlərinə toxunaraq, ‘' Bölgə ölkələrin bölgənin təhlükəsizlik, barış və sabitliyi üçün əməkdaşlıq əhəmiyyətlidir, sionist rejimin bölgəyə ayağının açılması bizim bucağımızdan təhlükəlidir və buna ciddi şəkildə qarşı çıxılmasının lazımlı olduğunu düşünürük. ‘' dedi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə həmin telefon bağlantısında İran-Türkiyə əlaqələrinin hərzaman səmimi və mehriban olmasını qeyd edərək Tehranla münasibətlərini gücləndirməkdə Ankaranın əzmkarlığını vurğuladı.

 

Teqlər