Sionistlər İranın qisasından qorxurlar
Sionist rejimin sabiq baş naziri Nətənz nüvə təsisatına edilən hücuma xatir İranın cavab tədbirlərindən narahatlığını dilə gətirib.
SəhərAzəri xəbər verir ki,Sionist rejimin sabiq baş naziri Ehud Olmert "WABC" radio kanalı ilə müsahibədə Nətənz hadisəsində sionist rejimin məsuliyyətini qəbul etməkdən boyun qaçırıb və İran rəsmilərinin təhdid dolu açıqlamaları qarşısında bu rejimin təhlükəsizliyini təmin etmək Co Bayden administrasiyasına sığınıb və deyib: "Baydenin İsrail rejiminin təhlükəsizliyini nəzərə alacağından əmindir".
İran Atom Enerjisi Təşkilatının sözçüsü Kəmalvəndi, aprelin 11-də Nətənz nüvə təsisatının elektrik paylama şəbəkəsində qəzanın baş verdiyindən xəbər verib.
İranın Xarici İşlər Nsazirliyinin mətbuat katibi Səid Xətibzadə də sionist rejimdən zamanında və uyğun məkanda intiqam alınacağını bəyan edərək, deyib: "Nətənz hadisəsində sıradan çıxan sentrifuqalar, "IR-1" tipli idi və qabaqcıl sentrifuqalarla əvəz ediləcək".