Zərif İraqın baş naziri ilə məşvərət edib
İki ölkəni maraqlandıran mövzular barədə iraqlı rəsmilərlə məşvərət aparmaq məqsədilə Bağdadda səfərdə olan İranın xarici işlər naziri İraqın baş naziri Mustəfa Əlkazimi ilə görüşüb.
SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif bu görüşdə İraqın baş nazirinin İran İslam Respublikası ilə bağlı regional və ikitərəfli münasibətlərdə mövcud olan işlərin izlənilməsində göstərdiyi səyləri yüksək dəyərləndirib.
İranın dörd üstəgəl bir qrupu ölkələrilə müzakirələrindəki son olayları şərh edən Zərif, nüvə anlaşmasına və Amerikanın birtərəfli və qəddarcasına sanksiyalarının aradan götürülməsinə dəstək verməsinə görə, İraqa təşəkkür edib.
İraqın baş naziri Mustəfa Əlkazimi də vurğulayıb ki, İran İraqın strateji ortağıdır. İŞİD-ə qarşı savaşda İranın İraqa dəstək verməsinə işarə edən Əlkazimi bildirib ki, Tehranın bu mövqeyi tarixdə heç vaxt unudulmayacaq.
İraq parlamentinin sədri Muhəmməd Əlhəlbusi də Bağdadda İranın xarici işlər naziri ilə görüşdə, onunla regional və beynəlxalq durum və olaylar, iki qonşu ölkə arasında əməkdaşlıq perspektivinin artırılması, həmçinin ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıb.
ZƏRİF İRAQIN BAŞ NAZİRİ İLƏ MƏŞVƏRƏT EDİB