Əliyev İranla dostluğa təkid edib
Azərbaycan Respublikasının prezidenti Cəbrayıl və Zəngilan rayonlarına səfərdə olarkən vurğulayıb ki, Azərbaycan Respublikası-İran sərhədi dostluq sərhədidir.
SəhərAzəri xəbər verir ki, o, qeyd edib ki, bu sərhədin qorunması Azərbaycan Respublikası-İran münasibətlərinin inkişafı üçün də çox önəmlidir.
İlham Əliyev deyib ki, Azərbaycan Respublikası-İran sərhədi son Qarabağ savaşı boyunca tamamilə bərpa edilib və sərhədin 132 kilometri Azərbaycan Respublikasının nəzarətinə keçib.
O, vurğulayıb: Biz digər rayonlarda da İran İslam Respublikası ilə birgə sərhədlərə malikik və bu, sözün əsl mənasında, dostluq və əməkdaşlıq sərhədidir. Eyni zamanda, yüklər həcminin illik artımı Azərbaycan Respublikası-İran münasibətlərinin inkişafından söz açır. Xudafərin körpüsü də Azərbaycan Respublikası-İran dostluğunun simvoludur.