May 02, 2021 12:39 Asia/Baku
  • İranın nano məhsulları 45 ölkəyə ixrac olunur

Nanotexnologiyaların inkişafı üzrə özəl qərargahın katibi İranın nano məhsullarının dünyanın 45 ölkəsinə ixrac olunmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Sərkar deyib: Bu gün İranın nano məhsulları Cənubi Koreya, Avstraliya, Çin, Avropa və Latın Amerikası da daxil olmaqla 45 ölkəyə ixrac edilir.

Nanonun inkişafı üzrə özəl qərargahın katibi sonra deyib: Nano texnologiyaları da daxil olmaqla yeni meydana gələn texnologiyalar olduqca mühüm hallardandır. İran İslam Respublikasının nano elminə vaxtında daxil olması ilə bu sahədə yaxşı bir yer əldə etdik.

Səid Sərkar söyləyib: Biz bu gün 18 sənaye sahəsində bu texnologiyadan istifadə etsək də bazara yeni məhsullar çıxarmalıyıq ki, istehsalın sıçrayışı baş vermiş olsun.

Nanotexnologiyaların inkişafı üzrə özəl qərargah katibinin dediyinə görə; gələcəkdə nəinki öz ayağımız üstə dayanacağıq, həm də başqa ölkələrin tələbatını təmin edəcəyik.

 

Teqlər