May 05, 2021 12:03 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti deyib: "Sionistlərin nüvə anlaşması və İranın qonşularla münasibətinə qarşı iki fitnəsi iflasa uğrayır".

SəhərAzəri-nin məlumatına əsasən, Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib: "Bu gün 1400-cü günəş ilində Qüdsdə sionistlərin matəm günüdür. Çünki həm ABŞ vasitəsilə apardıqları iqtisadi müharibə iflasa uğrayır, həm də İranı qonşularından uzaqlaşdırmaq cəhdi məğlubiyyət astanasındadır".

İran prezidenti Qüds gününün yaxınlaşmasına toxunaraq, əlavə edib: "Fələstin xalqı öz torpaqlarına geri dönəcək və müsəlmanların ilk qibləsi olaraq, Qüds və Əl-Əqsa məscidi müsəlmanlarin ixtiyarına veriləcək."

Bu gün sanksiyalara son qoymağın yolunun daha da hamar olduğunu bəyan edən Həsən Ruhani xatırladıb ki, nüvə anlaşmasında İran xalqının hüquqları tam şəkildə təmin olunmalıdır və heç bir şeydən vaz keçmiyəcəyik".

Teqlər