May 08, 2021 14:30 Asia/Baku
  • Tehran sionistlərin Qüdsdəki vandallığını qınayır

İran XİN sionist rejimin Əl-Əqsa məscidində törətdiyi vəhşiliklərə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "İran İslam Respublikası mübarək Ramazan ayının sonuncu cüməsi və Ümumdünya Qüds günündə işğalçı rejim hərbçilərinin müsəlmanların ilk qibləgahı Əl-Əqsa məscidinə hücumunu, fələstinlilərin şəhid olması və yaralanmasını şiddətlə qınayır".

Səid Xətibzadə əlavə edib: "Bu müharibə cinayəti qanunsuz sionist rejimin cinayətkar mahiyyətini bir daha dünyaya göstərdi və insan hüquqlarının ən fundamental prinsiplərinin pozulmasını dayandırmaq üçün təcili beynəlxalq tədbirlərin görülməsinin vacibliyini sübut etdi".

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu hadisədə şəhid olanların ailələrinə başsağlığı verərək, İranın insanlığa qarşı bu mübahisəsiz cinayəti qınayıb və Birləşmiş Millətlər Təşkilatını (BMT) və digər beynəlxalq təşkilatları öz vəzifələrini yerinə yetirməyə çağırıb.

Səid Xətibzadə İran İslam Respublikasının Fələstin xalqının yanında durduğunu bildirib və bütün ölkələri, xüsusən İslam ölkələrini tarixi vəzifələrini yerinə yetirməyə və Fələstin xalqının yanında təcavüzkarlara qarşı birləşməyə çağırıb

Teqlər