İranda prezident seçkilərinə namizədlərin qeydiyyatı başlayır
https://azeri.sahartv.ir/news/İran-i376864-İranda_prezident_seçkilərinə_namizədlərin_qeydiyyatı_başlayır
Seçkilər iyun ayının 18-nə təyin edilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 10, 2021 13:07 Asia/Baku
  • seçki
    seçki

Seçkilər iyun ayının 18-nə təyin edilib.

SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci il iyunun 18-də İran İslam Respublikasında keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin qeydiyyatı sabah mayın 11-də başlayır və 5 gün davam edəcək.

Qeyd olunub ki, əhalisi 2 milyondan çox olan şəhərlərin merləri və vilayət rəhbərləri, universitetlərinin rektorları, silahlı qüvvələrin ali rütbəli şəxsləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Milli Təhlükəsizlik Şurasının üzvləri və digər nüfuzlu şəxslər namizəd kimi seçkilərdə iştirak edə bilərlər. “Prezident seçkiləri” haqqında qanuna edilən dəyişikliyə əsasən, namizədliyini irəli sürənlərin yaşları 40-dan aşağı, 75-dən yuxarı olmamalıdır.

Qeydiyyatdan keçən namizədlərin adları mayın 26-da ictimaiyyətə açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcəkdir.