İranda prezident seçkilərinə namizədlərin qeydiyyatına başlanılıb
https://azeri.sahartv.ir/news/İran-i376874-İranda_prezident_seçkilərinə_namizədlərin_qeydiyyatına_başlanılıb
İran İslam Respublikasında 13-cü prezident seçkilərinə namizədlərin qeydiyyatına start verilib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 11, 2021 04:54 Asia/Baku
  • İranda prezident seçkilərinə namizədlərin qeydiyyatına başlanılıb

İran İslam Respublikasında 13-cü prezident seçkilərinə namizədlərin qeydiyyatına start verilib.

SəhərAzəri-nin verdiyi məlumata görə, İranda prezident seçkilərinə namizədlərin qeydiyyata alınmasına bu gün 11 may səhər saatlarından başlanılıb. 

Beləliklə də İranda 13-cü prezident seçkiləri prosesinə daxili işlər naziri Əbdürriza Rəhmani Fəzlini göstərişi və namizədlərin qeydiyyata alınması ilə start verilmiş olub. 

Namizədlərin qeydiyyata alınması əməliyyatı saat 08:00-dan saat 18:00-dək davam edəcək. 

İran İslam Respublikasında 13-cü prezident seçkiləri 2021-ci il 18 iyunda keçiriləcək.