May 12, 2021 12:54 Asia/Baku
  • Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri dünən axşam Tələbə Təşkilatlarının nümayəndələri ilə videokonfrans formatındakı görüşündə sionistlərin yalnız zor dilini başa düşdüklərini söyləyb.

SəhərAzəri-nin məlumatına əsasən, bu görüşdə Həzrət Ayətullahül-üzma Xamenei İslam dünyasında baş verən iki önəmli məsələ, yəni Əfqanıstan və Fələstində baş verən qanlı və acı hadisələrə görə dərin kədər hissi ilə hər iki hadisəni kəskin pisləyib və deyib: "Allahın lənəti olsun o cinayətkarlara ki, Əfqanıstanda günahsız və məzlum qönçələri şəhid etdilər və bu yeniyetmə qızları şəhid etməklə bu miqyasda cinayət törətdilər".

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, sionistlərin Əl-Əqsa məcidi, Qüds və Fələstinin digər bölgələrində vəhşicəsinə vəzalımcasına cinayətlərinə toxunaraq, qeyd edib ki, fələstinlilər cinayətkarları təslim etmək və onların vandallığını dayandırmaq üçün güclərini və müqavimətlərini artırmalıdırlar.

Cinayətlərin dünyanın gözü qarşısında baş verdiyinə toxunan İnqilab Rəhbəri Fələstin xalqının ayıqlığı, müqaviməti və ciddi iradəsini alqışlayaraq, əlavə edib: "Sionistlər yalnız zor dilini başa düşürlər. Buna görə də fələstinlilər öz gücünü və müqavimətini artırıb, cinayətkarları təslim edərək, onların vəhşiliklərinə son qoymalıdırlar".

İslam İnqilabının Böyük Rəhbəri, həmçinin müxtəlif tələbə təşkilatlarını ölkə üçün böyük bir fürsət kimi qiymətləndirib və düşüncə mərkəzləri və fərqli ictimai və elmi mövzularda inqilabi və cihadi hərəkətlərin mühərriki kimi rollarını vurğulayaraq, deyib: "Koronavirusla riskli mübarizə meydanında, həmçinin fransız nəşrinin hörmətsizliyi, Kabil universitetindəki partlayış, Fələstin və Yəmən məsələləri kimi beynəlxalq mövzularda inqilabçı gənclərin fəal iştirakı, habelə "FATF" məsələsinə münasibət bildirmək və mövqe tutmaq" və "İran İslam Şurası Məclisinin nüvə anlaşması ilə bağlı qəbul etdiyi strateji fəaliyyət planını gücləndirmək" tələbə təşkilatlarının təqdirə layiq fəaliyyətlərindəndir ki, belə mövqelərin sərgilənməsi tələbə təşkilatlarının mahiyyətini gücləndirir".

Ayətullahül-üzma Xamenei, tələbə təşkilatlarından gözləntilərin dini və inqilabi təməllərini gücləndirmək və nəfslərini təmizləmək olduğunu bildirib və söyləyib: "Nəfsin təmizlənməsinin ictimai və inqilabi mübarizələrdə böyük təsiri var və böyük imam buyurublar ki, insanların ABŞ-dan qorxusunun səbəbi onun nəfsinin təmizlənməməsidir".

İslam İnqilabının Ali Rəhbəri, 18 iyunda keçiriləcək seçkilərdə birinci dərəcədə yüksək fəallığın vicbliyini vurğulayaraq, əlavə ediblər: "İkinci dərəcədə yaxşı və arzuolunan bir seçimlə mömin, inqilabçı, bacarıqlı, xalqdan olan, ümidli, gəncliyə və daxili imkanlara inanan və həqiqətən ədalətli və korrupsiyaya qarşı olan birisi seçilməlidir".

Teqlər