Şəvval ayının hilalı göründü-TƏCİLİ
https://azeri.sahartv.ir/news/İran-i376923-Şəvval_ayının_hilalı_göründü_tƏcİlİ
Sabah mayın 13-ü, şəvvalın biri bayramdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2021 17:58 Asia/Baku
  • Şəvval ayının hilalı göründü-TƏCİLİ

Sabah mayın 13-ü, şəvvalın biri bayramdır.

SəhərAzəri-nin məlumatına əsasən, şəvval ayının hilalı görünüb. Bu barədə Vəliyyi fəqih Həzrət Ayətullahül-üzma Xameneinin Dəftərxanası məlumat yayıb. Bildirilir ki, İnqilab Rəhbərinin ərmi ilə təşkil olunmuş ayın görünməsi təşkilatına bağlı etibarlı qrupların dəqiq nəticə əldə etməsinə istinad olunaraq  sabah mayın 13-ü, şəvval ayının biri, səadətli Fitr (Ramazan) bayramıdır. 

Dəftərxana Ali Məqamlı Rəhbərin adından bütün möminlərin ibadətlərinin Haqq dərgahında qəbul olunmasını arzulayıb. 

Beləliklə də mayın 13-ü İran İslam Respublikasında rəsmən Fitr bayramı olacaqdır. Azərbaycan Respublikasında da həmin gün Fitr bayramına təsadüf edir. 

Bununla əlaqədar sabah Şuşa şəhərində bayram namazının qılınacağı elan edilmişdir.