İranda prezident seçkilərinə namizədlərin qeydiyyatı davam edir
İran İslam Respublikasında on üçüncü prezident seçkilərinə könüllülərin qeydiyyatının dördüncü günü bu gün səhər saat səkkizdən başlanıb. Qeydiyyat sabahadək davam edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasında on üçüncü prezident seçkilərinə könüllülərin qeydiyyatının ilk üç günündə bəzi tanınmış siyasi simalar, İslami Şura Məclisinin üzvləri və keçmiş nazirlərdən bir neçəsi qeydiyyatdan keçib.
Ölkənin seçki qərargahı bildirib ki, könüllülərin səlahiyyətlərini isbat edən sənədlər qeydiyyat zamanı alınaraq, Nigəhban Şuranın ixtiyarına veriləcək.
Nigəhban Şura da bildiribdir ki, könüllülər öz yaşlarının 40 ilə 75 arasında olduğunu sübut edən sənədlərə malik olmalıdırlar. Həmçinin könüllülər minimum magistr sənədinə, eləcə də milli və geniş idarəçilik üzrə dörd il iş stajına malik olmalıdırlar.
İran İslam Respublikasında on üçüncü prezident seçkiləri 18 iyun 2021-ci il tarixində keçiriləcək.