“Mübarizə səhnəsində hər zaman sizin yanınızdayıq”
https://azeri.sahartv.ir/news/İran-i377327-mübarizə_səhnəsində_hər_zaman_sizin_yanınızdayıq
İslam İnqilabının Böyük Rəhbəri Fələstin liderlərinin məktublarını cavablandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2021 09:55 Asia/Baku
  • “Mübarizə səhnəsində hər zaman sizin yanınızdayıq”

İslam İnqilabının Böyük Rəhbəri Fələstin liderlərinin məktublarını cavablandırıb.

 SəhərAzəri-nin məlumatına əsasən,Həzrət Ayətullahül-üzma Xamenei fələstinli müqvimət qruplarının liderlərindən aldığı məktublara cavab olaraq bildiriblər: “Fələstini qəsb edənlərə qarşı mübarizə zülm, küfr və hegemoniya qarşısında müqavimət deməkdir və könüllərimiz mübarizə səhnəsində hər zaman sizinlədir və qələbələrinizin ardıcıl olması üçün dua edəcəyik.”

İnqilab Rəhbəri öz cavabında həmçinin müqəddəs torpaqların qəsbkarlardan təmizlənəcəyinə əmin olduqlarını qeyd ediblər.

Xatırladaq ki, Fələstin İslami Cihad Təşkilatı və Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın lidrləri ayrı-ayrılıqda işğalçı İsrail rejiminin Qəzzəyə təcavüzü zamanı Fələstin xalqına hərtərəfli dəstək verdiyinə görə Həzrət Ayətullahül-üzma Xameneiyə təşəkkür məktubu ünvanlamışdılar.