Təxti Rəvançi: "Sionist Rejim başçıları mühakimə olunmalıdır"
İranın BMT-dəki daimi nümayəndəsi, sionist rejimin Qəzzəyə etdiyi son hücumda beynəlxalq hərbi cinayətlər törətdiyini və bunun üçün mühakimə olunmalı olduğunu söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın BMT-dəki daimi nümayəndəsi, Məcid Təxti Rəvançi BMT Təhlükəsizlik Şurasında "silahlı toqquşmalarda mülkilərin qorunması" mövzusunda keçirilən iclasda sionistlərin Fələstinin işğal olunmuş ərazilərindəki cinayətlərinə toxunaraq, deyib: "Bu cür vəhşi hərəkətlər soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin bariz nümunələridir və beynəlxalq humanitar hüquq normalarının təməlində dayanan insan prinsipləri və ictimai vicdanın pozulmasıdır".
"BMT Təhlükəsizlik Şurası bu cinayət qarşısında , ABŞ-ın İsrail rejiminə verdiyi utancverici dəstəyə görə, öz vəzifəsini yerinə yetirməkdə məğlub oldu və hətta mülayim olsa da belə, bir bəyanat təsdiqləyib, Qəzzədə mülki vətəndaşlara qarşı hücumların dayandırılmasına çağıra bilmədi", - deyə Təxti Rəvançi əlavə edib. İranın BMT-dəki daimi nümayəndəsi, həmçinin Yəməndə təcavüzkarlar tərəfindən mülki şəxslərin öldürülməsini və Yəməndəki mülki hədəflərə hücumu da beynəlxalq hüquq pozuntularına nümunə olaraq, göstərdi və bu cür hərəkətlərin cinayət olduğunu və dərhal dayandırılmlı olduğunu söylədi.
BMT Təhlükəsizlik Şurasının keçmişdə bu cür cinayətləri törədənlərin qarşısında passivliyinin onları daha çox cinayət törətməkdə daha cəsarətli etdiyini qeyd edən Təxti Rəvançi əlavə edib: "Təhlükəsizlik Şurasının gələcəkdə mümkün hərəkətsizliyi dinc əhaliyə qarşı qeyri-insani hərəkətlərin davam etməsinə səbəb olacaq".