May 28, 2021 15:37 Asia/Baku
  • İran Asiya futzalının önündə

Futzal üzrə ən yeni dünya təsnifatına əsasən, İran yığması Asiyada birinci və dünya üzrə altıncı yerdə durmaqda davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, «Futsal ranking» vebsaytının məlumatına görə, İran yığması ən yeni dünya təsnifatında 1609 xalla hələ də dünyada altıncı, Asiyada isə birinci yeri tutur.

Yaponiya millisi 1368 xalla Asiyada ikinci, dünyada isə on dördüncü yerdədir.

Bu təsnifata görə, İspaniyanın futzal komandası dünyada birinci yerdədir.

Teqlər