Seçkilərin tam təhlükəsizlikdə keçməsi üçün tədbirlər düşünülüb
https://azeri.sahartv.ir/news/İran-i377591-seçkilərin_tam_təhlükəsizlikdə_keçməsi_üçün_tədbirlər_düşünülüb
Böyük Tehranın nizam-intizam qüvvələrinin komandanı vurğulayıb ki, seçkilərin tam təhlükəsizlikdə keçməsi üçün tədbirlər düşünülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2021 02:10 Asia/Baku
  • Seçkilərin tam təhlükəsizlikdə keçməsi üçün tədbirlər düşünülüb

Böyük Tehranın nizam-intizam qüvvələrinin komandanı vurğulayıb ki, seçkilərin tam təhlükəsizlikdə keçməsi üçün tədbirlər düşünülüb.

SəhərAzəri-nin məlumatına əsasən, «seçkilərdə nizam-intizama və təhlükəsizliyə qarşı kiçicik bir xələlin gəlməsinə icazə verməyəcəyik»- deyə general pasdar Hoseyn Rəhimi vurğulayıb.

O deyib ki, seçkilərin tam təhlükəsizlik və lazım olan asayişdə keçirilməsi üçün lazımi tədbirlər düşünülüb.

«Seçkilər İran xalqının böyük təlim-məşqidir. Bu təlim-məşqdə xalqın şüurlu və şövqlü iştirakı dostları ümidvar, düşmənləri isə məyus edəcək.»-general Rəhimi qeyd edib.

İranda 13-cü prezident seçkiləri cari il iyunun 18-də keçiriləcək.