İyun 07, 2021 13:37 Asia/Baku
  • 13-cü prezident seçkilərinin əhəmiyyəti

Seçkilər demokratiyanın ən vacib simvoludur. Bu mühüm fenomen müxtəlif ölkələrdə fərqli formatlarda, fərqli məqsədlər və funksiyalarla həyata keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, seçkilər əslində cəmiyyətdəki mövcud imkanlardan maksimum istifadə edərək, bütün sahələrdə işləri irəlilətmək üçün demokratiyanın mərhələlərindən biridir.  Seçkilər milli səviyyədə keçirilir; Bu səbəbdən, prezident və şuralarlardan tutmuş Rəhbərlik Xübrəqanı Məclisi və İslami Şura Məclisinə qədər bütün seçkilərdə xalqın iştirakı ən əhəmiyyətli məsələlərdən biridir.

Seçkilər milli və dini ölçülərini, habelə demokratik sistem qurma dəyərlərini nəzərə alaraq, quruluşu gücləndirir və ölkənin idarəçiliyində də fərqli siyasi zövqlərin fəaliyyətinə zəmin yaradır. İran xalqı hər bir seçkidə, fərqli zövq və baxışlarına baxmayaraq, öz səsi ilə seçdiyi siyasi quruluşa güvəndiyini və onu dəstəklədiyini göstəribdir.

Bu baxımdan, seçkilərin keçirilməsi əhəmiyyətli bir hadisədir və bu əhəmiyyət müəyyən bir dövr və ya zamana aid deyil. On üçüncü prezident seçkiləri də bu ümumi qaydadan müstəsna deyil.

İslam İnqilabının Böyük Rəhbəri seçkilərin əhəmiyyəti barədə buyurublar: "Seçkilər rəhbərliyə aid deyil, İslami İrana aiddir, İslam Respublikası Quruluşuna aiddir, hamı seçkilərdə iştirak etməlidir. Bu məsələ İslam Respublikası Quruluşunu gücləndirəcək, onun sabitliyinini və davamlılığını təmin edəcək və ölkə tam təhlükəsizlik hasarı altında olacaq". 

İran İslam Respublikasının həyatının təqribən qırx illik təcrübəsi və xalqın seçki səhnəsində olması, bu məsələni sübut edir ki, insanlar seçkilərdə hər nə qədər əzəmətli iştirak edərlərsə, onun demokratiyanın dinamikliyi və İslam Respublikasının nüfuzna təsiri bir o qədər özünü daha qabarıq göstərir. Seçkilərdə və ölkənin siyasi taleyini təyin etməkdə iştirak, sadalanan cəhətlərdən başqa siyasi, sosial və qanuni bir hüquq kimi də əhəmiyyət daşıyır və demokratiyanın təməli hesab olunur.

Bu hüquq, "seçmə hüququ", "müqəddəratın təyin olunmasında iştirak etmək hüququ" və İslam Respublikası Quruluşunda dini bir vəzifə və məsuliyyət kimi tanınır.

Hər hansı bir hüququn xüsusiyyəti ondan ibarətdir ki, hüquq sahibi onu müdafiə etməli və hər bir halda bütün hüquqlarını tələb etməlidir, çünki istənilən etinasızlıq hüququn itirilməsinə səbəb olacaqdır. Seçkilərdə iştirak etmək, bəsirətlə və namizədləri tanıyaraq, seçim etmək, irəli sürülən namizədlər arasında ən yaxşı namizədin seçilməsinə kömək edəcəkdir.

Belə bir seçkinin nəticəsi ölkənin milli maraqlarına cavab verən güclü və səmərəli bir hökumətin qurulması olacaqdır.

Teqlər