İyun 13, 2021 09:49 Asia/Baku
  • Üçüncü debatdan əvvəl namizədlər fikirlərini açıqlayıblar

İranda prezident seçkilərinə namizədlər 3-cü debatdan əvvəl öz baxışlarını və proqramlarını açıqlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, 13-cü prezident seçkilərinə namizəd Möhsün Rezayi üçüncü debatdan əvvəl deyib: "Qadınlar ölkə əhalisinin 50 faizini təşkil edirlər, amma qadınların təkcə 13 faizi müxtəlif sektorlarda, o cümlədən iqtisadi sektorlarda rol oynayırlar".

Digər bir namizəd Əlirza Zakani deyib: "İnsanların qayğılarını eşitmək üçün onların arasına gedəcəyəm və sözlərini dinləyəcəyəm".

İran prezident seçkilərinə digər bir namizəd, Seyid İbrahim Rəisi isə deyib: "İnsanlarla yaxından söhbət etməli və onların şikayətlərini və qayğılarını dinləməliyik".

Başqa bir namizəd, Möhsün Mehrəlizadə isə deyib: "Hökumət insanların səsinin senzurasız və heç bir dəyişiklik olmadan rəsmilərin qulağına çatması üçün imkanlar yaradarsa, o zaman xalqın qayğıları eşidiləcək".

Prezidentləyə namizəd Seyid Əmir Hüseyn Qazizadə Haşimi deyib: "Kimsə insanların arasında olmayana qədər onların qayğısını çəkməyəcək, bu ələvi ənənəsindən qaynaqlanan və İran İslam Respublikasında müdirlər üçün tələb olunan zərurətlərdəndir". 

Digər bir namizəd Əbdün-Nasir Himməti deyib: "Prezidentin şüşə otaqda oturub, yalnız məruzələr və ətrafındakılar vasitəsilə insanların dərdləri ilə tanış olmasının heç bir anlamı yoxdur, prezident insanların arasında onların dərdləri ilə tanış olmalıdır".

13-cü prezident seçkilərinə namizədlərdən olan Səid Cəlili deyib: "İnsanların qayğıları, xüsusilə prezident olan bir şəxs üçün bir məruzə və ya xalq arasında bir dəfəlik iştirakla başa düşülə biləcək bir şey deyil".

İranda 13-cü prezident seçkilərinə namizədlərin üçüncü və son tele-debatı "xalqın qayğıları" mövzusunda İran İslam Respublikasının Teleradio Təşkilatında keçirilib.

Prezidentliyə yeddi namizədlərin "xalqın qayğıları" ilə bağlı sualları cavablandırmaq üçün üç saat fürsətləi var idi. 

Teqlər