İyun 17, 2021 17:47 Asia/Baku
  • İranın baş diplomatı Türkiyəyə gedib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Cavad Zərifin Antalya Diplomatik Sammitində iştirak etmək üçün Türkiyəyə getdiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Cənab Zərif sammit çərçivəsində bəzi səlahiyyətlilər və həmkarları ilə görüşəcək.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə bu gün verdiyi açıqlama zamanı bildirib ki, Antalya Diplomatik Sammitinində Zərif İran İslam Respublikasının qonşuluq doktrinası haqqında danışacaq və ölkəmizin bu mövzuda siyasətini izah edəcək.  

Xətibzadə əlavə etdib ki, Cavad Zərif zirvə görüşü çərçivəsində bir sıra yüksək vəzifəli rəsmilər və iştirak edən ölkələrin xarici işlər nazirləri ilə görüşəcək və İran, Türkiyə və Əfqanıstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə də iştirak edəcək. 

Teqlər