İbrahim Rəisi öndə gedir-yenilənir
https://azeri.sahartv.ir/news/İran-i378188-İbrahim_rəisi_öndə_gedir_yenilənir
İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının rəhbəri prezident seçkilərində verilən səslərin hesablanması barədə məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2021 06:18 Asia/Baku
  • İbrahim Rəisi öndə gedir-yenilənir

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının rəhbəri prezident seçkilərində verilən səslərin hesablanması barədə məlumat verib.

SəhərAzəri-nin məlumatına əsasən, Camal Orf bildirib ki, bu dəqiqəyədək 28 milyon 600 çin səs sayılıb. Hesablamaya əsasən ilkin nəticə belədir:

İbrahim Rəisi 17 milyon 800 min səs

Möhsün Rzayi 3 milyon 300 min səs

Əbdünnasir Himməti 2 milyon 400 min sıs

Əmirhüseyn Qazizadə Haşimi 1 milyon səs

Seçki Qərargahının məlumatında deyilir ki, İbrahim Rəisi səslərin 62 faizini, Möhsün Rzayi 11, Əbdünnasir Himməti 8, Qazizadə Haşimi isə 3 faizini əldə ediblər.