Rəisi rəsmən İranın 8-ci prezidenti oldu
https://azeri.sahartv.ir/news/İran-i378205-rəisi_rəsmən_İranın_8_ci_prezidenti_oldu
13-cü çağırış İran prezident seçkilərində səslərin 61.9 faizini qazanaraq 17,9 milyon səslə İbrahim Rəisi qalib gəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 19, 2021 13:59 Asia/Baku
  • Əbdürrza Rəhmani Fəzli
    Əbdürrza Rəhmani Fəzli

13-cü çağırış İran prezident seçkilərində səslərin 61.9 faizini qazanaraq 17,9 milyon səslə İbrahim Rəisi qalib gəlib.

SəhərAzəri-nin məlumatına görə, bunu İran İslam Resöublikasənın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumilikdə prezident seçkilərində 59,3 milyon nəfər seçicidən 28,3 milyon nəfər səs verib. Bu isə seçkidə iştirakın 48,8% təşkil etdiyini göstərir.

Rəhmani Fəzli əlavə edib ki, digər namizədlər Möhsün Rzayi 3,4 milyon (11,7%) səs, Əbdülnasir Hemməti 2,42 milyon səs (8,3%), Əmir Hüseyn Qazizadə Haşemi təxminən 1 milyon (3,4%) səs toplayıb. Seçkilərdə 3,72 milyon səs isə etibarsız səs sayılıb.

İranda 13-cü çağırış prezident seçkiləri ötən gün 18 iyun tarixində keçirilib.