İyun 20, 2021 00:36 Asia/Baku
  • Yeni prezident anti-korrupsiya hökuməti quracağını vəd etdi

18 iyun seçkilərinin qalibi, İran İslam Respublikasının 8-ci prezidenti bəyanat yayaraq ölkədə ədalətin genişlənməsi uğrunda inamlı addımlar atacağına söz verib.

SəhərAzəri-nin məlumatına əsasən, seçkiyə müstəqil namizəd kimi qatıldığını və İslam İnqilabının zati məqsədi olan ədalət naminə hərəkət edəcəyini bildirən Seyid İbrahim Rəisi öz bəyanatında vuğulayır: “Sizin yuxarı səsinizə və misilsiz etimad göstərmənizə arxalanaraq aktiv, inqilabi və anti-korrupsiya hökuməti təşkil edəcəyəm və onun bütün potensialından əziz iranlılara xidmət üçün böyük hərəkat yaratmağa sərf edəcəyəm. Bu seçkilərin qalibi dini demokratiya qaydalarına əsasən bütün xalqın seçilmiş prezidenti və bütün kütlələrin xadimidir; istər mənə, istərsə də digər möhtərəm namizədlərə səs vermiş olsunlar, və ya hər hansı səbəbə xatir seçkilərdə iştirak etməmiş olsunlar."  

İbrahim Rəisi bu bəyanatın davamında yazır: “İran xalqı, dünən siz tam sədaqətlə öz əhdinizə vəfa etdiniz və bu gün növbə bu Allah bəndəsi və xadiminizə çatır ki, öz əhdini yerinə yetirsin və bir an belə sizə xidmət göstərməkdə səhlənkarlıq etməsin.”  

Teqlər