ABŞ media azadlığına meydan oxuyur
Press TV: "Amerikanın media terrorizmi təsirsizdir"
ABŞ hökumətinin İngilis dilində yayımlanan "Press TV" xəbər kanalının domenini blokladıqdan sonra, bu kanal fəaliyyətini İranın "İR" domeni üzərindən davam etdirəcəyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, "İran Press" xəbər agentliyinin məlumatına görə, "Press TV" telekanalının ictimaiyyətlə əlaqələr şöbəsi, kanalın internet portalının bundan sonra fəaliyyətini İranın "İR" domenində davam etdirəcəyini və səhifələrinin "Press TV.ir" ünvanı vasitəsi ilə istifadəçilərə açıq olacağını bildirib.
"Press TV" telekanalının ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, çərşənbə axşamı günü səhər saatlarından etibarən, koordinasiya olunmuş bir hərəkətdə, İran və regionun bir sıra televiziya saytları, xəbər agentlikləri və xəbər mənbələrində eyni bir şəkil peyda oldu ki, "Əl-Aləm", "Press TV" və Əl-Məsirə tele kanalları, həmçinin "Əl-Kövsər" kimi bir sıra digər digər kanalların domeninin bloklandığını xəbər verirdi.
Məlumata görə, ABŞ-ın Federal Tədqiqat Bürosu gözlənilməz bir hərəkətdə, "Press TV" telekanalının veb səhifələrinə ".com" domeni vasitəsilə girişi bloklayıb.
"Press TV"nin məlumatına görə, kanalın texniki qrupu tərəfindən aparılan hərtərəfli araşdırmanın nəticələri qadağan məsələsinin qəti olduğunu və bu sayta ".com" domeni üzərindən girişin mümkün olmadığını göstərib.
Bu ilk dəfə deyil ki, ABŞ müxtəlif təzyiqlər göstərərək, "Press TV" kanalını media terrorizmi ilə hədəfə alır.
Peyk əlaqəsini kəsməklə yanaşı, bu kanalın hesabları dəfələrlə müxtəlif sosial platformalarda bloklanıbdır və bu kanal ən çox ziyarət edilən sosial şəbəkələrdə sıfırdan fəaliyyətə başlayıb və auditoriyası ilə qarşılıqlı əlaqə yaradıbdır.
"Press TV"yə qarşı son addımda, Google da kanalın "YouTube" hesabını həmişəlik bağlayıb.