İyun 23, 2021 17:51 Asia/Baku
  • İranda terrorçular zərərsizləşdirildi

İran İslam Respublikasında 18 iyun seçkilərini pozmağa çalışan terror dəstəsi zərərsizləşdirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Şəhid Şəhramfər Qərargahı Kürdüstan vilayətində seçkidən əvvəl həyata keçirilən iki uğurlu əməliyyatda 5 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Açıqlamada üç silahlı şəxsin də yaralandığı bildirilib.  

Əməliyyat nəticəsində terrorçulara aid çox sayda silah və sursatın da ələ keçirildiyi ifadə edilib. Açıqlamaya görə, terrorçular ölkəyə sızaraq, seçkilərə qarşı təxribat törətməyə çalışıb.  

Teqlər