İyun 24, 2021 12:49 Asia/Baku
  • İranın Londondakı səfriliyi İngiltərə hökumətinə etiraz edib

İranın Londondakı səfriliyi seçki məntəqəsində ingilis polisin qüsura yol verdiyinə görə, İngiltərə xarici işlər nazirliyinə etiraz edib və qanun pozucularının aşkar və onlarla ciddi rəftar edilməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən,İranın Londondakı səfriliyinin müvəqqəti işlər vəkili Seyyed Məhdi Hoseyni Mətin bir tvittdə yazıb ki, İranın Londondakı səfriliyi İngiltərə xarici işlər nazirliyinə göndərdiyi notada bu ölkə polisinin Birminhem də daxil olmaqla bəzi şəhərlərdə İran prezident seçkiləri üzrə seçki məntəqələrinin təhlükəsizliyinin təminindəki qüsuruna etiraz edib.

İranın İngiltərədəki səfriliyi həmçinin bu ölkənin xarici işlər nazirliyindən təkidlə istəyibdir ki, qanun pozucularının aşkar və onlarla ciddi rəftar edilməsilə bərabər, tez bir zamanda bu cinayətkar ünsürləri məsuliyyətə cəlb edərək, İran İslam Respublikasının diplomatik məkanlarına və yaralılara dəymiş xəsarətlərin kömpensasiyasını ödəsin.

Terrorçu münafiqlər qaragürühunun üzvləri ötən həftə Birminhemdə seçkilərdə iştirak etmək istəyən/ biri qadın olmaqla iki iranlıya hücum edərək, onları vəhşicəsinə döyüblər.

Teqlər