İyul 03, 2021 13:10 Asia/Baku
  • İran Amerikanın İraqdakı təsisatlarına hücumda iştirak etməyib

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bu təşkilatın Təhlükəsilzik Şurasının sədrinə məktub yazıb.

SəhərAzəri-nin məlumatına əsasən, Məcid Təxti Rəvançi bu məktubda bildirib ki, İran İslam Respublikası Amerikanın İraqdakı təsisatlarına və ya işçilərinə qarşı bir orqan və ya şəxs tərəfindən edilən heç bir hücumda birbaşa və ya dolayısı ilə iştirak etməyib. Buna görə, belə bir ittihamı açıq və ya üstüörtülü şəkildə İrana aid etmək üzrə hər hansı səy tamamilə əsassız və qeyri-düzgündür.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi məktubda sonra bildirib ki, Amerikanın bu cür cavab hücumlarının İran İslam Respublikasını və dırnaqarası «İranın himayə etdiyi yarımhərbçi qruplar»ı Amerikanın İraqdakı təsisatlarına və ya işçilərinə qarşı daha artıq hücumlardan «çəkindirmək» üçün həyata keçirilib» dəlilinin real və qanuni əsası yoxdur.

İranın BMT-dəki baş diplomatı vurğulayıb ki, Amerikanın ümumi fikri özünün regiondakı qanunsuz və avantürist hərbi hərəkətlərindən yayındırmaq və ya öz səbatsızlaşdırıcı və məsuliyyətsiz fəaliyyətlərini ört-basdır etmək üçün başqalarını ittihamlandırmaq üzrə son cəhdi uğursuzluğa məhkumdur.

Teqlər