İyul 04, 2021 23:17 Asia/Baku
  • İran HHM sahəsi üzrə ən mürəkkəb texnologiyalara malikdir

İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vurğulayıb ki, bu qoşunların ixtiyarında hava hücumundan müdafiə sahəsinin ən mürəkkəb texnologiyaları var.

SəhərAzəri-nin məlumatına əsasən, briqada generalı Əlirza Sabbahifərd deyib ki, bu qüvvələr yerli təchizatlara malik olmaqla dünyanın modern biliyi və texnologiyasının kənarında durur və bu qüvvələrin alimləri hava hücumundan müdafiə sahəsinin ən mürəkkəb və ən çətin texnologiyalarına yiyəlnməyə nail olublar.

İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı qeyd edib ki, hava hücumundan müdafiə sistemlərinin yerliləşdirilməsi və iqtisadi müstəqillik ilə bağlı hava hücumundan müdafiə qüvvələri səviyyəsində yaxşı və dəyərli hərəkətlər edilib və bu məsələ, həmin qüvvələrin çox yüksək gücü və qüdrətinə səbəb olubdur. Belə ki, biz təkcə region səviyyəsində deyil, həm də beynəlxalq səviyyədə üstün hərbi güclərdən biriyik.

Teqlər