Xəzərin Hüquqi Statusu haqqında Konvensiyaya qatılmaq sürətləndirilməlidir
https://azeri.sahartv.ir/news/İran-i379018-xəzərin_hüquqi_statusu_haqqında_konvensiyaya_qatılmaq_sürətləndirilməlidir
İranın baş prokuroru ölkəmizin Rusiyadakı səfirilə görüşdə İranın Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiyaya qatılmasının sürətləndirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2021 10:44 Asia/Baku
  • Xəzərin Hüquqi Statusu haqqında Konvensiyaya qatılmaq sürətləndirilməlidir

İranın baş prokuroru ölkəmizin Rusiyadakı səfirilə görüşdə İranın Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiyaya qatılmasının sürətləndirilməsini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın ev sahibliyi ilə keçirilən Xəzəryanı Ölkələrin Baş Prokurorlarının ilk iclası barədə hesabat təqdim etmək məqsədilə İranın Rusiyadakı səfiri Kazım Cəlali İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri ilə görüşüb.

Müntəziri bu görüşdə İran İslam Respublikasının baş prokurorluğunun xəzəryanı ölkələrlə həmkarlıqlaın genişləndirilməsindəki yeri və rolu ilə bağlı deyib ki, beş xəzəryanı ölkə müxtəlif sahələrdə sıx əlaqələrə malik ola bilər.

İranın baş prokuroru sonra deyib ki, sahilyanı ölkələrin hökumətləri arasında mühüm bəhslərdən biri, bu dənizin hüquqi statusu məsələsidir və İran İslam Respublikası bu konvensiyaya qatılmaq üzrə hazırlıq işlərini görüb, amma hələ imza mərhələsinə çatmayıbdır.