İran Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır
https://azeri.sahartv.ir/news/İran-i379375-İran_azərbaycan_ermənistan_sərhədindəki_vəziyyətdən_narahatdır
İran İslam Respublikası Azərbaycan və Ermənistan sərhədində son günlər erməni tərəfinin növbəti təxribatları ilə bağlı narahatlığını ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2021 06:57 Asia/Baku
  • İran Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır

İran İslam Respublikası Azərbaycan və Ermənistan sərhədində son günlər erməni tərəfinin növbəti təxribatları ilə bağlı narahatlığını ifadə edib.

 SəhərAzəri-nin məlumatına əsasən, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə baş verən təxribatlar fonunda Cənubi Qafqazda ən qısa müddətdə davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb.

Dövlət rəsmisi həmçinin sərhəddə insanların həlak olması ilə bağlı məyus olduğunu deyib və tərəfləri təmkinli olmağa və sərhəd mübahisələrini dinc yolla həll etməyə çağırıb.

S. Xətibzadə İranın davamlı sülhə nail olmaq üçün lazım olan hər bir yardımı təklif etməyə hazır olduğunu sözlərinə əlavə edib.