Avq 01, 2021 12:15 Asia/Baku
  • İran yanğınsöndürənlərinin fəaliyyəti uğurlu olub

İran Müdafiə Nazirliyinin havadan yanğınsöndürmə dəstəyi və nəzarət mərkəzinin rəisi pilot Nuri Ali-Ağa İran İslam Respublikası Silahlı Qüvvələrinin yanğınsöndürmə təyyarəsinin Türkiyənin cənubunda yerləşən Muğla şəhərində iştirakı və misilsiz qırx ton su tutumu ilə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, o, bildirib ki, dünən axşam gənc iranlı mütəxəssilər tərəfindən dizayn edilmiş qırx tonluq tutuma malik olan yanğınsöndürmə təyyarəsi və yanğınsöndürmə əməliyyatı komandası Muğla şəhərində iştirak edib.

İran Müdafiə Nazirliyinin havadan yanğınsöndürmə dəstəyi və nəzarət mərkəzinin rəisi regional küləklərin əsməsi və alovun digər bölgələrə yayılması ilə ümumi alovun artmasına işarə edib.

Aparılmış koordinasiyalarla qarşıdakı günlərdə bölgəyə daha iki vertolyotun tutumunu əlavə etməklə daha çox bölgənin söndürülməsinə və yanğının irəliləməsinin qarşısını almağa kömək edəcəyimizə ümid edirik.-deyə, Nuri Ali-Ağa bildirib.

İrandan göndərilmiş pilotların və ixtisas komandasının canfəşanlıqla əməliyyat keçirməklə məşğul olduqlarını dilə gətirən İran Müdafiə Nazirliyinin havadan yanğınsöndürmə dəstəyi və nəzarət mərkəzinin rəisi deyib ki, qonşu ölkələrdən göndərilmiş digər komandalara nisbətən, İran komandasının iştirakının keyfiyyəti işi fərqləndirir və bu, İran üçün bir fəxrdir.

Teqlər