Avq 02, 2021 15:33 Asia/Baku
  • İranın Türkiyəyə yanğın əleyhinə dəstəyi davam edir

İran İslam İnqilabının Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələri Türkiyədə yanğınsündürmə əməliyyatında iştirak etmək üçün bu ölkəyə bir ədəd "İlyuşin-76" tipli təyyarə və iki ədəd "Mİ-171" tipli helikopter göndərib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin İran İslam Respublikasından bu ölkənin müxtəlif vilayətlərində meşə yanğınları ilə mübarizə üçün yardım müraciətindən sonra və İran Silahlı Qüvvələri Baş Qərargahının təlimatına uyğun olaraq , SEPAH-ın Aerokosmik Qüvvələri yanğınsöndürmə əməliyyatına kömək etmək üçün Türkiyəyə bir İlyushin-76 təyyarəsi və iki "Mİ-171" helikopteri göndərib.

İndiyə qədər İlyushin təyyarələri ondan çox havadan yanğınsöndürmə əməliyyatı həyata keçiriblər və bu gündən etibarən vertolyotlar da yanğınsöndürmə əməliyyatlarına qatılacaqlar.

SEPAH-ın Aerokosmik Qüvvələri, havadan yanğınsöndümə sistemlərini layihələşdirib, hazırlamaqla və müxtəlif yanğınsündürmə əməliyyatları həyata keçirməklə ən təcrübəli və ən məharətli yanğınsöndürmə qruplarından birinə malikdir; Hansı ki, ötən illər ərzində ölkənin müxtəlif bölgələrində yanğınsöndürmə əməliyyatlarına ciddi köməklik göstərməklə yanaşı dost və qonşu ölkələrin köməyinə də çatır.

Teqlər