Xətibzadə: "ABŞ və İngiltərənin ittihamları əsassız və provokasiyadır"
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İngiltərə xarici işlər nazirinin İrana qarşı irəli sürdüyü əsassız iddiaları, hansı ki, ABŞ Dövlət Katibi tərəfindən də eyni şəkildə təkrarlanıb və ziddiyyətli, uydurma və təxribat xarakterli məzmunlara doludur, təəssüfləndirici adlandırıb və kəskin şəkildə qınayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə deyib: "Bu koordinasiya edilmiş bəyanatlar, ziddiyyətli ifadələr ehtiva edir, belə ki, əvvəlcə heç bir sənəd təqdim etmədən İranı ittiham edirlər, sonra bunun mümkün olduğunu deyirlər".
O, İranın Fars körfəzində və beynəlxalq sularda gəmilərin təhlükəsiz və etibarlı hərəkətinin tərəfdarı və müdafiəçisi olduğunu bildirib və əlavə edib: "İran dəniz təhlükəsizliyinin təmin edilməsində hər zaman bölgə ölkələri ilə əməkdaşlığa hazırdır və Fars körfəzi və qonşu ölkələrin ərazi sularında xarici güclərin varlığının və müdaxiləsinin bölgənin sabitliyinə və təhlükəsizliyinə xələl gətirdiyinə inanır".
"Təəssüf ki, ABŞ və İngiltərə, İranın ticarət gəmilərinin Qırmızı dənizdə və beynəlxalq sularda terror hücumlarına və təxribatlarına məruz qaldıqları zaman sükut edərək, dəstək verdikləri halda açıq siyasi qərəzlə İran İslam Respublikasına qarşı əsassız ittihamlar irəli sürürlər. Əgər bu iki ölkənin bunu təsdiqləyəcək dəlilləri və sənədləri varsa, təqdim etməlidirlər ", - deyə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd edib.
Səid Xətibzadə sonda xatırladıb ki, İran milli maraqlarını və təhlükəsizliyini qorumaqda zərrə qədər tərəddüd etməyəcək və istənilən avantürist hərəkətlərə dərhal, güclü və qətiyyətli cavab verəcək.