Avq 02, 2021 20:34 Asia/Baku
  • İ. Rəisinin andiçmə mərasimində 73 ölkənin 115 nümayəndəsi iştirak edəcək

İran İslam Şurası Məclisinin idarə heyətinin sözçüsü deyib: " İranın 13 prezident seçkilərinin qalibi Seyid İbrahim Rəisinin andiçmə mərasimi avqustun 5-də 73 ölkədən 115 nümayəndənin iştirakı ilə İslam Şurası məclisində keçiriləcək".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Nizaməddin Musəvi mətbuat konfransında və andiçmə mərasiminin detallarını şərh edərkən deyib: "Bu milli mərasimin əhəmiyyətini nəzərə alaraq, iki əsas prinsipə yəni mərasimin ləyaqətli və möhtəşəm keçirilməsi və səhiyyə protokollarına riayət etmə prinsiplərinə əməl olunaraq, daxili və xarici qonaqlardan dəvət olunub. 

O, əlavə edib: "Son məlumata əsasən, indiyə qədər müxtəlif ölkələrin 10 prezident və lideri mərasimə qatılmağa hazır olduqlarını deyiblər. 

Musəvi qeyd edib ki, avqustun 5-i keçiriləcək andiçmə mərasimində 20 parlament spikeri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir, həmçinin müxtəlif ölkələrin başçıları və parlament spikerlərinin xüsusi nümayəndələri iştirak edəcəklər. 

İran parlamentinin idarə heyətinin sözçüsü xatırladıb ki, 11 beynəlxalq və regional təşkilatın rəsmiləri və nümayəndələri Tehrana gəlməyə hazır olduqlarını bildiriblər ki, onların arasında BMT-nin baş katibi, OPEK sədri, Avropa Birliyi, Avrasiya Birliyi, Parlamentlərarası Birlik, G-8 və İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri sadalamaq olar. 

Teqlər