Avq 02, 2021 20:38 Asia/Baku
  • İngiltərənin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

İngiltərənin müvəqqəti işlər vəkili bu ölkənin xarici işlər nazirinin İrana qarşı iddialarına etiraz olaraq, Xarici İşlər Nazirliyinə çağırılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Britanıyanın Tehrandakı səfiri olmadıqda bu ölkənin müvəqqəti işlər vəkili ölkəsinin xarici işlər nazirinin İrana qarşı ittihamlarına etiraz olaraq, Qərbi Avropa üzrə üçüncü idarəsinin sədri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb. 

Xarici İşlər Nazirliyində Qərbi Avropa üzrə üçüncü idarənin sədri İngiltərənin xarici işlər nazirinin əsassız ittihamlarından təəssüfləndiyini bildirərək, bu tələsik, ziddiyyətli və əsassız ittihamları rədd edib və onları kəskin şəkildə qınayıb.

O, əlavə edib: "Fars körfəzindəki qeyri-sabitliyin mənşəyi İran deyil, regiondan kənar ölkələrin hərbi gəmiləri və hərbi qüvvələrinin olmasıdır."

Qərbi Avropa üzrə üçüncü idarənin sədri sonda, sionist rejim və ya digərlərinin istənilən avantürası ilə bağlı xəbərdarlıq edərək, İran İslam Respublikasının qəti siyasətinin özünü müdafiə etmək və ölkəsinə qarşı yönəlmiş istənilən fəaliyyətə qəti, uyğun və vaxtında reaksiya vermək olduğunu bildirib.

Teqlər