Avq 16, 2021 12:29 Asia/Baku
  • Tehran Əfqanıstan xalqını və iradəsini dəstəkləyir

İran İslam Respublikası Əfqanıstan xalqını və iradəsini dəstəkləyir.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani verdiyi açıqlama zamanı bildirib ki, son 40 ildə olduğu kimi, biz Əfqanıstan xalqını və iradəsini dəstəkləyirik.  

Ə.Şəmxani şəxsi "Twitter" hesabındakı paylaşımında qeyd edib: "1997 -ci ilin yanvarında Kabilə səfərim zamanı Əfqanıstan prezidenti ilə çətin görüş keçirdim: "Bu gün Əfqanıstan Müdafiə Nazirinin kədərli sözləri ABŞ-ın Əfqanıstanı 20 illik işğalının təsirlərini və Vaşinqtonun hökumətdəki təsirinin dərinliyini göstördi. Son 40 ildə olduğu kimi, biz də Əfqanıstan xalqını və iradəsini dəstəkləyirik".

Bundan bir qədər əvvəl İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də Əfqanıstanla bağlı açıqlamasında qonşu ölkədə koordinasiya şurasının yaranmasını dialoq və davamlı sülhə yol açan müsbət addım kimi qiymətləndirib. 

İranın XİN başçısı qeyd edib ki, zorakılıq, müharibə və işğalçılıq heç zaman Əfqanıstan problemlərinin həlli yolu deyil. Ona görə də rəsmi Tehran bundan sonra da Əfqanıstanda anlaşma və konsensusun əldə edilməsinə köməklik göstərməyə hazırdır. 

 

Teqlər