Rəisi qonşu ölkədə sülhün əldə olunacağına ümid edir
https://azeri.sahartv.ir/news/İran-i380137-rəisi_qonşu_ölkədə_sülhün_əldə_olunacağına_ümid_edir
İran İslam Respblikasının prezidenti bəyan edib ki, ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsi sülh və barışıq üçün fürsətə çevrilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2021 10:53 Asia/Baku
  • Rəisi qonşu ölkədə sülhün əldə olunacağına ümid edir

İran İslam Respblikasının prezidenti bəyan edib ki, ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsi sülh və barışıq üçün fürsətə çevrilməlidir.

 SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi ölkənin Xarici Siyasət Aparatının rəhbəri Məhəmməd Cavad Zəriflə görüşdə deyib: “ABŞ-ın hərbi məğlubiyyəti və öz qoşunlarını Əfqanıstandan çıxarması müsəlman ölkəsində həyatın bərpasına, davamlı sülh və əmin-amanlığın yaranmasına gətirib çıxarmalıdır.”

Cənab Rəisi bütün əfqan qruplarını milli anlaşmaya doğru addımlamağa çağırıbdır.

Hökumət başçısı həmçinin, İranın XİN başçısı və Milli Təhlükəsizlik Ali Şurasının katibindən Əfqanıstan hadisələri barədə müntəzəm şəkildə məlumatlar vermələrini istəyib.