ABŞ Əfqanıstana kompensasiya ödəməlidir - Zərif
https://azeri.sahartv.ir/news/İran-i380250-abŞ_Əfqanıstana_kompensasiya_ödəməlidir_zərif
İranın XİN başçısı NATO və ABŞ-ı Əfqanıstana kompensasiya ödəməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2021 07:06 Asia/Baku
  • ABŞ Əfqanıstana kompensasiya ödəməlidir - Zərif

İranın XİN başçısı NATO və ABŞ-ı Əfqanıstana kompensasiya ödəməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif öz Tvitter səhifəsində belə bir açıqlama ilə çıxış edib. 

“Demokratiya və terrorla müharibə barədə bütün danışıqlar, Əfqanıstandakı hadisələr, ABŞ və NATO rəhbərliyinin bəyanatları Əfqanıstan və digər ölkələrin onlar tərəfindən öz şəxsi maraqları üçün işğal edildiyinə şahidlik edir”, – deyə İranın Xarici Siyasət Aparatının rəhbəri bildirib.