İran silahlı qüvvələrinin qüdrəti
Fars Körfəzi, Hörmüz Boğazı və Oman Dənizində heç bir nigarançılığımız yoxdur
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, Fars Körfəzi, Hörmüz boğazı və Oman dənizində heç bir nigarançılığımız yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, general-mayor pasdar Məhəmməd Hüseyn Baqiri İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının, ordunun dəniz qoşunlarının komandanı Şəhram İraniyə kontr-admirallıq dərəcəsinin taxılması mərasimində sonra deyib ki, bu gün diqqətlər ucqar bölgələrə dikilib.
Silahlı qüvvələrin, xüsusən ordunun dəniz qoşunlarının qüdrətinin günün tələblərinə uyğun surətdə artırılmasını vurğulayan general Baqiri dəniz donanmasının yenilənməsi və onun yeni sistem və texnologiyalarla təchiz edilməsini mühüm məsələ adlandırıb.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin vurğulayıb ki, inqilabçı, əzmkar və mömin insan ehtiyatlarının hesabına ordunun dəniz qoşunları İslam İnqilabı Keşikçiləri Korpusunun qüdrətli dəniz qoşunları ilə yanaşı, keçmişdəkindən daha möhkəm və əzmkar şəkildə tapşırıq meydanlarında hazır olacaqlar.