Həbsxanalar Təşkilatının başçısı üzr istədi
İran İslam Respublikası həbsxanalar təşkilatının sədri Evin həsxanasının kameralarından yayımlanan videoya münasibət bildirərək, videoda müşahidə olunan halları qəbuledilməz adlandırıb və üzr istəyib.
SəhərAzəri-nin verdiyi məlumata görə,Məhəmməd Mehdi Hacı Məhəmmədi dünən öz Tvitter səhifəsində yazıb: “ Evin həbsxanası ilə bağlı olan görüntülərlə bağlı, bu qəbuledilməz rəftarların məsuliyyətini öz üzərimə götürürəm və bu kimi acı hadisələrin təkrarlanmayacağına, qanun pozuntusuna yol verənlərin cəzalandırılacağına səy göstərəcəyim barədə öhdəlik götürür və Allah taaladan, əziz rəhbərimiz, böyük xalqımız eləcə də zəhmətləri bu kimi xətaların təsiri altına düşməyəcək şərəfli həbsxana işçilərindən üzr istəyirəm.”
O “Üzr istəyirəm” haştaqından da istifadə edib.
Son günlər Evin həbsxanasının təhlükəsizlik kameralarından bəzi görüntülər yayımlanmışdır. Həmin videoda məhbusun döyülməsi müşahidə edilir. Bəziləri həbsxananın kameralarının hak edildiyini deyirlər.
Sözü gedən videonun sosial şəbəkələrdə yayılmasından dərhal sonra İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin sədri Höccətül-islam vəl-müslimin Möhsüni Ejei ölkənin baş prokurorunu vaxtı itirmədən məsələni ciddi araşdırmağa cəlb edib. Məhkəmə Hakimiyyətinin sədrinin ölkənin baş prokuroruna verdiyi gösərişində deyilir: Evin həbsxanası barədə bəzi medialarda yayılan xəbərlər və videoları nəzərə alaraq sizdən, vaxt itirmədən, bu mövzu barədə, həbsxana işçilərinin məhbuslarla,yaxud məhbusların biri-biri ilə rəftarları xüsusunda dəqiq araşdırmalar aparmanızı və bu barədə mənə hesabat verməyinizi tələb edirəm.