Avq 25, 2021 20:23 Asia/Baku
  • Rəisi:

İran İslam Respublikası prezidenti 13-cü Nazirlər Kabineti üçün təqdim olunan üzvlərin İslam Şurası Məclisində həssaslıqla və diqqətlə araşdırılmasını dini demokratiyanın təzahürü kimi dəyərləndirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Seyid İbrahim Rəisi bu gün günortadan sonra təklif olunan nazirlərin araşdırılmasının son iclasında və 13-cü hökumətin planlarının son müdafiəsində, hökumət həftəsini təbrik edərək və hökumət şəhidlərinin xatirəsini əziz tutaraq, vurğulayıb: "Nazirlərin İslam Şurası Məclisinə təqdim olunması səmərəlilik, ixtisas, xalqa önəm vermək, korrupsiyaya qarşı mübarizə və insanlarla dürüstlük kimi meyarlar əsasında həyata keçirilib, hansı ki, seçkilər zamanı xalqa söz vermişdim". 

Rəisi bu hökumətdə xidmət etməyin əsas şərtinin korrupsiyadan uzaq olmaq olduğunu bəyan edərək, qeyd edib ki, korrupsiyaya qarşı mübarizə aparmaq istəyən bir hökumətin işlərini mütləq vicdanlı və anti-korrupsiya ünsürlər həyata keçirməlidirlər. Bu, bizim təkid etdiyimiz şərtlərdən biridir və bu, yalnız başlanğıcda lazım olan bir şərt deyil, onun davam etməsi də lazım və zəruridir. 

İranın yeni prezidenti qonşularla münasibətlərin xarici siyasətin əsas  prioriteti olduğunu bildirib.

Qeyd edək ki,  prezident İbrahim Rəsininin nazir vəzifəsinə irəli sürdüyü 19 şəxsdən 18-i deputatların etimad səsini qazanıb.

Təhsil naziri vəzifəsinə təqdim olunan Hüseyn Bağqolini isə parlament nazir vəzifəsinə təsdiqləməyib.

Teqlər