Şəmxani: "Bennet və Bayden görüşündə İranın təhdid edilməsi qanunsuzdur"
İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi sionist rejimin baş naziri ilə ABŞ prezidenti arasındakı görüş zamanı İranın təhdid edilməsinin qanunsuz olduğunu vurğulayıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, Əli şəmxani özünün şəxsi Tvitter səhifəsində yazıb: "Sionist rejimin baş naziri Neftali Bennet ilə ABŞ prezidenti Co Bayden arasındakı görüş zamanı İrana qarşı "başqa variantlardan" istifadə edilməsinə təkid edilməsi digər bir ölkənin qanunsuz təhdididir".
Şəmxani sözlərinin davamında yazıb: "Bennet və Bayden arasındakı ilk görüş və İrana qarşı "digər variantların" tətbiqinə təkid dilməsi başqa bir ölkənin qeyri-qanuni təhdid olunması ilə yanaşı İran İslam Respublikasının "mövcud variantlara" qarşılıq vermək hüququnu da sübut edir.